|
“Çempionlar” adlı ispan filmi “Oskar”a namizəddir

İspaniya İncəsənət və Kinematoqrafiya Akademiyası “Oskar” mükafatının 92-ci təqdimetmə mərasimində “Əcnəbi dildə ən yaxşı film” kateqoriyasına namizədliyə rejissor Havyer Fesserin “Çempionlar” filmini seçib.

AZƏRTAC xəbər verir ki, “RTVE” teleyayım şirkəti ilə birgə yaradılmış “Çempionlar” komediyası 3,2 milyon tamaşaçı və 18,5 milyon avrodan çox kassa gəliri toplamaqla (bu göstəricilərə görə “Çempionlar” filmi yalnız “Yura dövrü: yıxılmış krallıq” və “Qisasçılar” filmlərindən geridə qalıb) 2018-ci ildə ispan kinosunun iri blokbasteridir.

Havyer Fesser qeyri-peşəkar aktyorlar toplayıb, əqli çatışmazlığı olan 600 nəfər seçim turundan keçib.

“Oskar” mükafatı qaliblərinin təltifolunma mərasimi fevralın 24-də Los-Ancelesdə təşkil ediləcək.