|
Əhməd Əhmədzadənin mənimsədiyi milyardlar…

Azərbaycanda kənd təsərrüfatının inkişafı əsas məsələ olsada deyəsən yaranan problemlər bu sahənin inkişafına ölümcül zərbə vuracaq. Bunun başlıca səbəbi isə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadədir. Cia.az saytına daxil olan məlumata görə bu gün Əhməd Əhmədzadənin kənd təsərrüfatına vurduğu zərbəni “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevin enerji sektoruna və ölkəyə vurduğu zərbə ilə müqayisə etmək olar. Belə ki, bu gün ölkədə pambıq, üzümçülük, taxılçılıq, kartof sahələri məhz susuzluqdan sıradan çıxmaqda və gözlənilən proqnozlardan fərqli olaraq 30 faiz məhsul itkisinə yol verilir. Bunun səbəbi isə Əhməd Əhmədzadənin illər boyu görməli olduğu işi görməməsi, milyardlarla manat pulun isə mənimsənilməsidir. Dəfələrlə Əhməd Əhmədzadənin bu fəaliyyəti gündəmə gətirilsə də yuxarı dairələrdə olan dəstəyi hesabına vəziyyətdən çıxmışdır. Bu gün isə artıq arxalandığı məmur görəvindən alınıb və yaxın bir neçə ay ərzində ciddi araşdırmalara start veriləcək. Cia.az saytına daxil olan məlumata görə bu gün ölkənin əkin sahələrinin 20%-də suvarma sistemləri yoxdur və məhsuldarlıq bu səbəbdən aşağı düşür. Ölkədə suvarma sistemlərinin 30%-ə qədəri isə yerli fermerlər tərəfindən yaradılıb. Amma Əhməd Əhmədzadənin hesabatlarında bu sistemlər də ASC-nin işi kimi qeyd olunur. Bununla yanaşı ASC-nin həyata keçirtdiyi tenderlərdən də küllü miqdarda gəlirin götürüldüyü, eyni zamanda xarici ölkələrdən alınan qrandlar, kreditlər də yerli-dibli yoxa çıxıb.

Cia.az