|
Peyvənddən iki az yaşlı uşaq öldü…

Statistik göstəricilərə görə Dünyada hər il peyvənd yolu ilə 3 milyon uşağın həyatı xilas olunur. Bəs ölkəmizdə necə uşaqlar peyvənd olunur? Dünyaya göz açandan 12 saat sonra hər bir körpəyə ilk peyvənd vurulur.Bu proses ardıcıllıqla 6 yaşına qədər 7 dəfə vurulmalıdı.Bəli vurulmalıdı, amma bunun üçün valideyinlər gərək məsuliyyətli və tələbkar olsun.Amma valideyinlərin səhlankarlığı uşaqları peyvəndlərdən kənar qoyur, nəticə isə ürək ağrıdandı. Rayon və kənd xəstəxanalarında peyvəndləşmə təmin olunsa da böyük şəhərlərdə bu bəzən çətinliklər törədir.Bəzi valideyinlər peyvəndlə ğSbağlı informasiyaları həkimlərdən deyil sosial şəbəklərdən əldə edir.İnternet üzərində düzgün olmayan məlumatları əldə edən valideyinlər peyvəndlərdən imtina edir.Bir çox valideynlərlə bu mövzu müzakirə edildikdə, onlar dövlət xəstəxanaları ilə özəl xəstəxanalarda edilən peyvəndlər arasında olan fərqin şübhə doğurduğunu qeyd edirlər. Bu da valideynlərdə dövlət xəstəxanalarındakı peyvəndin keyfiyyətinə şübhə yaradır. Azərbaycana daxil olan hər bir dərman preparatı Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində yoxlanıldıqdan sonra istifadəyə verilir.Həkimlərin sözlərinə görə , peyvəndlə bağlı valideynlər arasında yaranan narahatlıqın heç bir əsası yoxdu.Pediatirların sözlərinə görə , peyvəndləmədən sonra uşaqlarda baş verən cüzi reaksiyalar təbiidi, bu bədənin cavab reaksiyasıdır. Peyvənddən sonra uşaqda yüngülvarı qızdırma, bir az halsızlıq müşahidə edilə bilər, bu, normaldı.Həkim bildirir ki ,əgər uşaqlar vaxtında peyvənd edilməsə gələcəkdə onların səhətinə xoşagəlməz hallar baş verəcəkHəkimlərin sözlərinə görə valideyinlər peyvənddən imtina etməklə uşaqlarını böyük risk altında saxlayırlar. Peyvənd olunmayan uşaq istənilən zaman təhlükəli yoluxucu xəstəliklərlə yoluxa bilərlər. Hər bir xəstəliyə qarşı daha həssas yaş dövrlərinin olduğunu xatırladan pediatrlar bildirirlər ki, peyvənd vurulduqda belə həssas vaxtlarda uşağın orqanizmində immunitet yaranır və o, yoluxucu xəstəlikdən qorunur. Valideyn bilməlidir ki, Beynəlxalq Uşaq Haqları Konvensiyasına əsasən, uşağın yardım almaq, xəstəliklərdən qorunmaq, müalicə almaq hüquqları var. Övladını peyvənddən yayındıran valideynlər həm də onların hüquqlarını pozurlar. Azərbaycanın peyvənd təqvimi dünyanın ən inkişaf etmiş ölkələri ilə bir səviyyəyə çatıb. Bizim təqvimimiz Ümumdünya Səhiyyə Təşkilatının bütün tövsiyələrinə cavab verir.Bunu pediatrlarımız deyir. Bəs reallıqda nə baş verir ?.Valideyn tərəddüdünün səbəbi nədir?. Söhbət əsnasında maraqlı nüanslar da ortaya çıxır. Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki,dövlət xəstəxanalarında pulsuz vurulan peyvəndlər özəl klinikalarda 50-150 Azn arası dəyisir. Bu da cəmiyyətdə dovlət xəstəxanalarında istifadə olunan peyvəndlərin keyfiyyətinin şübhə altında qoyur. Ölkəyə Dağıstan,İran,Rusiya Federasiyasından qeyri leqal yolla ,hec bir standartlara cavab verməyən dərman preparatlarının daxil olaraq xəstəxanalara yol açması təhlükə təbili çalır. E.Hüseynov belə hallarla mübarizədə çox vaxt məqsədlərinə çatsalar da məsələnin kökündən həllinə tam nail ola bilmədiklərini deyir. Ötən ilin ortalarında peyvənd sonrası iki azyaşlının ölümü vətəndaşların güvənsizliyinə əsas verir. Dövlət xəstəxanalarında aparılan peyvəndin faydalarında ağız dolusu danışılsa da, cəmiyyətdə peyvənd sonrası sağlını qurbanlara rast gəlinir.

Pərvin Abışova

P.S Peyvənddən şikəst olan uşaqların valideyinləri cia.az saytına nələr dedi? Bunu sabah oxuya biləcəksiniz...