|
CAR-da iki qatar toqquşub - 100 yaralı

Cənubi Afrika Respublikasının (CAR) Selbi şəhərində iki sərnişin qatarı toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 100-ə yaxın şəxs xəsarət alıb.

 

Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.