|
Xocavənddə 78 yaşlı məcburi köçkün bərbərxanada öldü

Xocavənd rayonunda ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun "500 ailəlik" qəsəbəsində baş verib.

 

Xocavənd rayon sakini, 1940-cı il təvəllüdlü Qarayev Adışirin Zülfüqar oğlu qəsəbə ərazisindəki bərbərxanada saçını kəsdirərkən halı pisləşib və bərbər stolunda dünyasını dəyişib.

Faktla bağlı Xocavənd rayon Prokurorluğunda araşdırma aparılır.