|
Azərbaycanlı hakim Rusiya - Çexiya oyununu idarə edəcək

Azərbaycanlı hakim Rusiya - Çexiya oyununu idarə edəcək.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, sentyabrın 10-da Rostov şəhərində Rusiya və Çexiya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq.