|
"İnter" xorvatiyalı vitse-çempionu heyətinə cəlb edib

İtaliyanın “İnter” klubu 1 illik müddətinə xorvatiyalı müdafiəçi Şime Vrsalkonu heyətinə cəlb edib. Trend-in məlumtına görə, bu barədə “İnter” klubunun rəsmi saytı xəbər yayıb.

Mövsümün sonuna qədər Vrsalko icarə əsasında “İnter”də forma geyinəcək. Daha sonra “İnter” 17.5 milyon avro ödəməklə oyunçunu “Atletiko”dan transfer edə bilər.

 

Xatırladaq ki, Vrsalko sonuncu Dünya Çempionatında Xorvatiya millisinin heyətində vitse-çempion olub.