|
“Məşğulluq haqqında” qanun layihəsinə parlamentin plenar iclasında baxılacaq

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” qanun layihəsinə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, komitə sədri Hadı Rəcəbli bildirib ki, üçüncü oxunuşda qanun layihəsinə bəzi texniki düzəlişlər edilib.

Qeyd olunub ki, 37 maddədən ibarət qanun layihəsi məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.

 

İclasda layihənin mükəmməl hazırlandığı, layihə ilə bağlı Milli Məclisin plenar iclasında səsləndirilən təkliflərin nəzərə alındığı diqqətə çatdırılıb.

Lahiyə Milli Məclisin plenar iclasına tövsiyə edilib.