|
"Barselona" yuxuya gedib" - Xavi

“Real”da qalib geni var, “Barselona” isə yuxuya gedib. Onlar transfer bazarında illərlə hərəkətsiz dayandılar ki, bu da komandaya çox ziyan vurdu”.
Bu sözləri “Barselona”nın sabiq futbolçusu Xavi Hernandez deyib.
Hazırda Qətərin “Əl-Sədd” klubunda çıxış edən ispaniyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında “Real”ın Çempionlar Liqasını qazanamsına münasibət bildirib:

“Real”ın hər şeydə bəxti gətirir. Neymar, Robben, Boatenq, Noyerin zədələnməsinə buna sübutdur. O cümlədən hakimlərlə bağlı. “Liverpul”un ən vacib futbolçusu Salah finalda zədələndi. “Liverpul”un və “Bavariya”nın qapıçısı kobud səhvə yol verdi. Amma bütün hallarda, əsas problem “Barsa”nın yatmasıdır. “Barselona” İspaniyada titul əldə edir, başqaları isə Çempionlar Liqasını qazanır”.