|
Üzü incə göstərən saç modelləri –

Çəki və ya genetik quruluşumuz səbəbindən bəzilərimizin yanaqları nə etsək də, incə görünmür. Lakin bəzi saç kəsimləri və modelləri ilə bunu etmək mümkündür. Cia.az Aile.lent.az istinadən üzü incə göstərən saç modellərini təqdim edir.

Lob saç kəsimi

Lob saç modelinin son illər dəb olması əbəs deyil. Çiyinlərin bir az üstündə bitən lob saç kəsimi boynun uzun, üzün incə görünməsini təmin edir.

 

Yana daranmış tel

 

Uzun və ya qısa saç fərq etmir, düz tellər üzü daha geniş göstərir. Yana daranmış tel isə üzü daha incə göstərir.

 

Yandan ayrılmış saçlar

 

Üzünüzün daha incə görünməsini istəyirsinizsə, saçlarınızı mümkün olduğu qədər yandan ayırın. İri dalğalı saçlar da yuvarlaq üzü nizamlamağa kömək edir.

 

Uzun və az qatlı kəsin

 

Kəskin və düz qatlar üzünüzün genişliyini vurğulayır. Dağınıq qatlar isə yanaqların və gözlərin arasındakı məsafəni yumşaldır.

 

Dağınıq toppuz

 

Üzü mükəmməl bir biçimdə çərçivələyən toppuz saç yığımı üzə zəriflik verir. Üzünüzü incə göstərmək istəyirsinizsə, toppuzun dar formalarından qaçın. 

Cia.az