|
Almaniya Bundesliqasında qonaqlar qalib gəlib

Almaniya Bundesliqasında X turun daha 2 oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, əvvəlcə eyni xala malik “Verder”lə “Ştutqart” qarşılaşıb.

Bremendə baş tutan görüşdə qonaqlar çətin qələbəyə seviniblər.

 

Bu tura qədər qələbə qazanmayan yeganə komanda olan “Şalke”nin həsrəti davam edib. “Bayer”i qəbul edən Gelzenkirxen təmsilçisi meydandan məğlub ayrılıb.

Tura dekabrın 7-də keçiriləcək “Hoffenhaym” – “Auqsburq” (23:30) oyunu ilə yekun vurulacaq.

Almaniya Bundesliqası
X tur
6 dekabr
“Verder” – “Ştutqart” – 1:2
Selke, 90+3 – Vamanqituka, 31 (pen.), 90+1
“Şalke” – “Bayer” – 0:3
Tia, 10 (avtoqol), Baumqartlinger, 67, Şik, 78