|
Xameneinin dəfni bu tarixdə olacaq

İranın sabiq Ali Rəhbəri Ayətullah Xameneinin dəfn mərasimi iyunun 26-dan sonra keçiriləcək.

Bu barədə Xameneinin əsərlərinin mühafizə və nəşri ofisinə istinadən məlumat yayıb.

Vida və dəfn mərasiminin Məhərrəm ayının ilk ongünlüyündən, yəni Aşura Günündən sonra keçiriləcəyi və bununla bağlı daha sonra ətraflı məlumat veriləcəyi gözlənilir. Sezar pizza

İranın sabiq Ali Rəhbəri vəsiyyətinə uyğun olaraq, Məşhəddə İmam Rza türbəsində dəfn olunacaq.

Xatırladaq ki, Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib./Yeni Sabah