|
Azərbaycan vətəndaşlarının Livandan təxliyəsi ilə bağlı müraciət olub? - RƏSMİ AÇIQLAMA

Azərbaycan vətəndaşlarının Livandan təxliyəsi ilə bağlı diplomatik nümayəndəliyə müraciət olmayıb.

Cia.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da vətəndaşlarını Livandan təxliyə edəcək. Buna səbəb Yaxın Şərqdə gərginləşən vəziyyətdir.