1 aya yaxındır “Bakıkart” tətbiqi işləmir. Vətəndaşlar tətbiq vasitəsilə balansı artıra bilmirlər. Bəs bu problem həllini nə vaxt tapacaq?
Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Tural Orucov Cia.az-ın sorğusuna cavab olaraq bildirib ki, “BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir:
“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”.