|
Gəncədə narkotik satan və alan şəxslər şəxslər saxlanılıb

Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. Saxlanılan şəxslərdən “heroin”, “metamfetamin” və “tiryək” aşkar olunaraq götürülüb.

DİN-dən Musavat.com-a verilən məlumata görə, Baş İdarənin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşlarının keçirdikləri məliyyat-axtarış tədbirləri nəticəsində Rasim Qasımov, Samiq Ağayev və ona narkotik maddəni satan Razi Alışov saxlanılıb.

Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri ilə Elmar Orucov, Fuad Yaqubov və ona narkotik maddəni satan Elvin Məmmədov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com