|
İki meyvə, üç tərəvəzlə ömrünüzü uzadın

Fransada aparılan araşdırmalar zamanı gündə iki meyvə və üç tərəvəz yeməyin ömrü uzatdığı öyrənilib.

Harvard Universitetinin qidalanma üzrə mütəxəssisləri 30 il ərzində 100 mindən çox insan üzərində aparılan tədqiqatdan sonra bu qənaətə gəliblər. Sınağın keçirilməsində Şimali və Cənubi Amerika, Avropa, Asiya və Afrika ölkələrinin vətəndaşları iştirak ediblər.

Əldə olunan faktlar zamanı 2 milyon məlumat üst-üstə düşüb və gündəlik iki meyvə, üç tərəvəz yeməyin ölüm riskini azaltdığı ortaya çıxıb. Belə insanlarda ürək-damar sistemi xəstəlikləri yüzdə 12 %-ə qədər azaldığından, yaşama müddəti də artıb.

Tədqiqat zamanı xərçəng riskinin 10 %, tənəffüs yolları problemlərinin isə 35 % azaldığı da müşahidə edilib.
Lakin mütəxəssislər onu da bildirib ki, müəyyən edilən miqdardan artıq meyvə və tərəvəz qəbulu sağlamlığa mənfi təsir edir.

İstehlak edilməsi nəzərdə tutulan qidalar arasında ispanaq, kahı, kələm və C vitamini ilə zəngin olan sitrus meyvələri var.