|
Hamilələrdə yayda maye qəbulu necə olmalıdır?

Hamilələr yayda maye qəbuluna çox diqqət etməlidirlər.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan professor, qadın xəstəlikləri və doğum üzrə mütəxəssis Ülkü Özmen ana olmağa hazırlaşanların yay aylarında bol su içməli olduqlarını vurğulayıb. O, qazlı və tərkibində qatqılar olan içkilər içməməyi tövsiyə edib. Hamilələr içmək istədikləri meyvə suyunu özləri hazırlamalı, bol su, ələlxüsus ayran içməlidirlər. Ginekoloq yayda isti və rütubətli bölgələrdə yaşayan hamilələri nəm və rütubətə də diqqət etməyə çağırıb.

Onun sözlərinə görə, hamilələr gündə bir mineral su və ya ən çoxu gündə bir fincan bitki çayı içə bilər: "Çayı da gündə bir fincandan artıq tövsiyə etmirik. Kofe isə ən çoxu həftədə bir, ya da iki dəfə tövsiyə olunur. O da az miqdarda olmaqla".

Hamilələr yayda dənizə, yoxsa hovuza getsin, sualına cavab olaraq həkim deyib ki, koronavirus infeksiyasına görə, hovuza girmək o qədər də məqsədəuyğun deyil. Onun sözlərinə görə, hovuzdansa dənizə getmək daha yaxşıdır. Amma dənizdən çıxandan sonra tez duş qəbul edib, geyinmək tövsiyə olunur. Çünki hamilələr sidik yolu infeksiyası kimi hallara daha çox meyllidirlər.