|
Gözəllik salatı.

Gözəllik salatını 2-3 həftə ərzində hər gün yemək lazımdır.

Bu salat orqanizmi toksinlərdən, şlaklardan və s. ziyanlı maddələrdən təmizləyir, insanı daha gümrah edir, arıqlamağa kömək edir, üz dərisinin və saçların vəziyyətini yaxşılaşdırır.

Gözəllik salatının resepti:

Lazım olan məhsullar:

 

- 3 xörək qaşığı yulaf yarması (qerkules)

- 1/2 stəkan qaynar su

- 1 yaşıl alma

- 1 xörək qaşığı kişmiş

- 2 qara qavalı qurusu

- 3 qaşıq qatıq

- 2 qoz ləpəsi.

Hazırlanması:

1. Axşamdan yulaf yarmasını qaynar suda isladın.

2. Səhər sürtgəcdən keçirilmiş alma əlavə edin.

3. Kişmişi və qara qavalı qurusunu yaxşı yuyun və qaynar suda 5 dəqiqə ərzində saxlayın. Kişmişi yulaf yarmasına əlavə edin. Qara qavalının çəyirdəyini çlxardın, xırda doğrayın və yulaf yarmasına əlavə edin.

4. Qozu doğrayın, əlavə edin.

5. Qatıq əlavə edin, qarışdırın. Salat hazırdır.