|
Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib.

Aktau şəhərinin beynəlxalq hava limanında dövlətimizin başçısını Qazaxıstanın energetika naziri Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşıladılar.