| Xəbər 915 dəfə oxunub
"Çukur"un Vartolusunun xına gecəsindən video

“Show TV”də yayımlanan “Çukur” serialında “Vartolu” obrazını canlandıran aktyor Erkan Kolçak Köstendilin ailə qurmağa hazırlaşdığı aktrisa Cansu Tosunla xına gecəsi keçirilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabah nikh masasına oturacaq cütlüyün xına mərasimində tanınmışlardan Gökçe Bahadır, Şebnem Bozoklu, Leyla Lydia Tuğutlu, Ceyda Düvenci iştirak edib.

Tədbir boyu rəqs edən Erkan və Cansunun xoşbəxt göründüyü gözdən yayınmayıb. 

Qeyd edək ki, Kolçak və Tosun “Familya” adlı serialda tanış olublar.