| Xəbər 1537 dəfə oxunub
Teatr rejissoru Dmitri Brusnikin 61 yaşında vəfat edib

Teatr rejissoru və aktyor, Rusiyanın Əməkdar artisti və Əməkdar incəsənət xadimi Dmitri Brusnikin 61 yaşında vəfat edib.

Bu barədə Moskva “Praktika” teatrının mətbuat xidməti məlumat yayıb. Çexov adına Moskva Bədii Teatrı aktyorun vəfatını böyük itki kimi dəyərləndirib.

2015-ci ildə Moskva Bədii Teatrının nəzdindəki məktəb-studiyanın buraxılış kursu, “Dmitri Brusnikinin emalatxanası” kimi tanınan qrup tam heyətdə “Çelovek” Moskva Dram Teatrına qəbul edilib, D.Brusnikin isə teatrın bədii rəhbəri təyin olunub. 2017-ci ildə “Dmitri Brusnikinin emalatxanası” tam heyətdə Moskvanın “Praktika” eksperimental teatrının truppasına daxil edilib.

Bu ilin may ayında Moskva Mədəniyyət Departamenti D.Brusnikini “Praktika” teatrının direktoru təyin edib. Avqust atında o, teatrın bədii rəhbəri vəzifəsinə keçib.