| Xəbər 1779 dəfə oxunub
"Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi başa çatıb

Bakıda keçirilən "Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi başa çatıb.

Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən bağlanış mərasimində müsabiqədə iştirak etmiş ölkələrin hərbi dənizçilərinə mükafatlar verilib.

 

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin qalibi Rusiya hərbçiləri olub. İkinci yeri Qazaxıstan tutub, üçüncü yerlərdə isə Azərbaycan və İran hərbçiləri qərarlaşıblar.

Mükafatlandırma mərasimində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov, Hərbi Dəniz Qüvvələrinin komandanı, birinci dərəcəli kapitan Zaur Hümmətov və digər xarici qonaqlar iştirak edib.