| Xəbər 1334 dəfə oxunub
Venesuela prezidentinə sui-qəsddə şübhəli bilinənlərin 10-u saxlanılıb

Venesuela prezidenti Nikolas Maduroya sui-qəsddə şübhəli bilinənlərin 10-u saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Venesuelanın daxili işlər, ədliyyə və sülh məsələləri üzrə naziri Nestor Reverol bildirib.

 

Daha əvvəl N.Reverol bildirmişdi ki, sui-qəsddə şübhəli bilinənlərin sayı 25 nəfərə çatıb və onlardan 8-i saxlanılıb.

Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriges daha əvvəl bildirmişdi ki, avqustun 4-ü parad zamanı Nikolas Maduronun olduğu tribunaya bir neçə partlayıcı maddə ilə doldurulmuş PUA hücum edib. Onun sözlərinə görə, sui-qəsd zamanı 7 qvardiyaçı yaralanıb, prezidentin özü xəsarət almayıb. N.Maduro sui-qəsdin təşkilində müxalifəti və Kolumbiya Prezidenti Xuan Maneul Santosu ittiham edib. Kolumbiyanın Xarici İşlər Nazirliyi insidentə bağlılığı təkzib edib. Venesuela artıq ABŞ və Kolumbiya hökumətlərindən bu ölkələrin ərazisində olan şübhəli bilinənlərin ekstradisiyası barədə xahiş edib.