| Xəbər 581 dəfə oxunub
Meksikada "Pemex"in NEZ-i qəza səbəbindən fəaliyyətini dayandırıb

"Pemex"in Meksikanın Salina-Kurs şəhərində yerləşən iri Neft Emalı Zavodu fəaliyyətini dayandırıb.

Trend-in məlumatına görə, NEZ-in fəaliyyəti dayandırmasına elektrik verilişi şəbəkələrində qəza səbəb olub.

 

"Pemex"in nümayəndəsinin sözlərinə görə, hazırda fəaliyyətin bərpası üçün işlər aparılır.

Qeyd edək ki, Salina-Krusda yerləşən zavod "Pemex"in 6 NEZ-in sırasına daxildir və sutka ərzində 238 min barrel neft emal etmək qabiliyyətinə malikdir.