| Xəbər 473 dəfə oxunub
Azərbaycana səfərə gələn Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun avqustun 10-da rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Tacikistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Tacikistan prezidentləri rəsmi foto çəkdirdilər.