| Xəbər 1093 dəfə oxunub
Gədəbəydə avtomobil aşıb, sürücü ölüb

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Saratovka kəndi ərazisində, Qaraməmmədli kənd sakini, 1958-ci il təvəllüdlü Mazahir Quliyev idarə etdiyi "VAZ-2121" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.