| Xəbər 1669 dəfə oxunub
Şabranda piyadanı vurub öldürən maşının sürücüsü axtarılır

Şabran rayonunun Sincanboyad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 8-də saat 03 radələrində Şabran rayonunun Sincanboyad kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qorğan kənd sakini Rauf Hacıyev vurulub və nəticədə piyada hadisə yerində ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.