| Xəbər 1606 dəfə oxunub
Neftçalada qırılaraq yerə düşmüş elektrik naqili ölümə səbəb olub

Neftçala rayonunda qadını elektrik cərəyanı vurub.

“Report”un Aran bürosu xəbər verir ki, 1980-cı il təvəllüdlü yerli sakin Əzimova Aynurə İman qızı Şirvanlı kəndində qırılaraq yerə düşmüş elektrik naqili toxunub.

Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.