| Xəbər 1018 dəfə oxunub
Kulinarlarımızın uğurları müzakirə ediləcək

Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) üzvləri Türkiyənin Mengen şəhərində keçirilən beynəlxalq kulinariya çempionatında iştirak edərək vətənə medallarla dönüblər.

AMKA-dan AZƏRTAC-a bildirilib ki, avqustun 10-da bu münasibətlə mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında aşpazlarımızın əldə etdiyi nailiyyətlərdən söhbət açılacaq.