| Xəbər 848 dəfə oxunub
Livorno Musiqi Festivalında Qara Qarayevə həsr edilən konsert proqramı təqdim olunacaq

Avqustun 21-dən sentyabrın 8-dək İtaliyada VIII Livorno Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Tədbir çərçivəsində sentyabrın 4-də görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevə həsr edilən fortepiano konserti təqdim olunacaq. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək konsertdə tanınmış pianoçu Olqa Domninan ifasında Qara Qarayevin, Dmitri Şostakoviçin və Fərəc Qarayevin əsərləri səsləndiriləcək.