| Xəbər 1414 dəfə oxunub
Azyaşlılara təcavüz edənlərə ölüm hökmü bərpa edilsinmi...

Bakıda 36 yaşlı usta işlədiyi evdə 6 yaşlı qızı zorlamaqda gühanlandırılıb. Bu barədə “Sputnik Azərbaycan” məlumat yayıb. Məlumatda qeyd olunub ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Elburus Mamedov saxlanılıb.

Həmin şəxs Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə saxlanılıb.

Belə ki, həmin şəxs 15-18 iyul tarixlərində C.S.-yə məxsus evdə usta işləyib. Bu müddətdə həmin şəxs 2012-ci il təvəllüdlü qızla evdə tək qalıb. Fürsətdən istifadə edən Elburus Mamedov qızı zorlayıb. O, azyaşlı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Azərbaycanda azyaşlı uşaqlara, qadınlara qarşı törədilmiş bu kimi iyrənc zorakılıq halları, qəddarlıqla bağlı ölüm hökmünün bərpa edilməsi zaman-zaman gündəmə gətirilib.  Belə təkliflər ölkəmizdə ölüm hökmünün ləğv olunduğu son 20 ildə dəfələrlə səsləndirilib. Ən müxtəlif sahələrin tanınmış nümayəndələri bu məsələni gündəmə gətiriblər.

İlham Rəhimov ile ilgili görsel sonucu

Hüquq elmləri doktoru, professor İlham Rəhimov da “Yeni Müsavat”a müsahibəsində ölüm hökmündən danışmış, bu hökmün bərpasını istisna etməmişdi.

Sitat: “Azərbaycanda ölüm hökmünün ləğvi siyasi qərar olub. Avropa strukturları bunu ölkə qarşısında tələb kimi qoymuşdular. İsveçrə də ölüm hökmünü ləğv edib. Ona görə ki, onlarda ağır cinayətlər faktiki olaraq baş vermir - statistikaya baxsaq, sayı ildə bir əlin barmaqlarından da azdır. Azərbaycanda isə ildə 200-dən çox qəsdən adamöldürmə baş verir. Özü də ildən-ilə bu cinayətin qurbanlarının sayı artır. Ancaq statistikada qurbanların sayından asılı olmayaq hər fakt bir cinayət hadisəsi kimi qeydə alınır. Yəni statistikada qurbanlarının sayı 7, ya da 1 olan ağır cinayətlər arasında fərq yoxdur. Əgər qəsdən adamöldürmə cinayətlərinin sayı ümumi cinayətlərin sayında tək-tək rast gəlinsəydi, o zaman ölüm hökmünün geri qaytarılması gündəmə gətirilməzdi. Təəssüf ki, cinayətlərin sayı çoxalır və cəmiyyət buna qarşı tədbir görməlidir. Ona görə də ölüm hökmünün bərpası istisna deyil. Hər şeyi statistika müəyyən edəcək - əgər cinayətlərin xarakteri mənfiyə daha çox meyllənsə, ölüm hökmü bərpa ediləcək”.

Ä°lgili resim

“Yeni Müsavat”a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, əslində bu cür şəxslərin öldürülməsi onlar üçün çox yüngül cəza olar:

“Hesab edirəm ki, biz ölüm hökmünü ləğv etməklə çox demokratik qərar çıxarmışıq. Çünki insanı biz yaratmamışıq ki, biz də öldürək. Doğrudur, biz bu kimi hadisələrlə tez-tez üzləşirik. 6 yaşında uşağa təcavüz etmək vəhşiliyin son həddidir. Ancaq ölüm də bir can rahatlığıdır. Çünki bu cür adamların etdiyi əməlin müqabilində ölüm cəzası çox yüngüldür. Doğrudur, ictimaiyyətdə bu, narahatçılıqdır və düşünərlər ki, belə cəza törətsələr öldürüləcəklər. Ancaq insan olaraq kimisə öldürməyi doğru saymıram. Düşünürəm ki, bu hal üçün ömürlük cəzanın verilməsi ən optimal variantdır. Cəzasını o, çox ağır formada çəkməlidir və ömrünün sonuna qədər həbsdən çıxmamalıdır. Çünki belə adamlar təhlükə mənbəyidir. Əgər 6 yaşlı uşağa meyl salırsa, deməli, bu, normal adam deyil. Onun cəmiyyət arasında yaşamaq haqqı yoxdur. Ancaq öldürülməli deyil. Çünki öldürsələr, çox asan formada canını qurtaracaq”.

Səadət Bənəniyarlı ile ilgili görsel sonucu

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı da “Yeni Müsavat”a açıqlamasında oxşar fikirlər səsləndirib:

“Azərbaycanda ömürlük həbs cəzası var. Hesab edirəm ki, ömürlük həbs cəzası almaq daha ağırdır. Ölüm cəzasının qaytarılmasına gəlincə isə deyim ki, Avropa Şurasına qəbul edilən zaman bizdə ölüm hökmü ömürlük həbslə əvəz olundu. Yenidən ölüm hökmünün qaytarılmasındansa hesab edirəm ki,  bu kimi cinayəti törədən şəxs həbsxanaya salınmalı və ona ən ağır cəza verilməlidir. Ən ağır cəza ona görə verilməlidir ki, bu adamlar nə əfv oluna bilsinlər, nə də amnistiyaya düşməsinlər. Çünki onlara həbsxanada da dustaqların özü tərəfindən pis münasibət göstərilir. O maddə ilə orada qalmaları daha ağır cəzadır, ölümdən də betərdir”.

Əli RAİS,