| Xəbər 748 dəfə oxunub
Yaponiyada 4 nəfər qasırğadan xəsarət alıb

Yaponiyanın üç prefekturasında Şanşan qasırğası səbəbindən 4 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə yerli KİV məlumat yayıb.

 

Məlumata görə, İbaraki prefekturasında yaşlı qadın küləyin şiddətli əsməsi nəticəsində yerə yıxılaraq əl-ayağını qırıb. Daha iki nəfər Tiba, biri isə Kanaqava prefekturasında xəsarət alıb.

Qeyd edək ki, küləyin gücü saniyədə 35 metrə, şiddətləndikdə isə 50 metr/saniyəyə çatır.