| Xəbər 713 dəfə oxunub
İslandiya millisinin baş məşqçisinin adı məlum oldu

İsveç millisinin keçmiş baş məşqçisi Erik Hamren artıq İslandiya millisinə rəhbərlik edəcək. Trend-in məlumatına görə, bu barədə İslandiya Futbol Federasiyası məlumat yayıb.

61 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.

 

Xatırladaq ki, 2018-ci ildə keçirilən Dünya Çempionatında millini çalışdıran Heymir Hadlqrimson 7 il çalışdıqdan sonra istefa verib.