| Xəbər 562 dəfə oxunub
"Səbail" klubu Meksika yığmasının sabiq futbolçusunu heyətinə qatıb

“Səbail” futbol klubu daha bir əcnəbi futbolçunun transferini reallaşdırıb. Trend-in məlumatına görə, paytaxt təmsilçisi meksikalı yarımmüdafiəçi Edqar Paçekonu heyətinə qatıb.

Edqar Paçeko son olaraq Kiprin "Ermis" komandasında çıxış edib. O, 2011-ci ildə Meksika çempionatının, 2014-cü ildə isə ölkə kubokunun qalibi olub.