| Xəbər 1562 dəfə oxunub
Tibo Kurtua istəyinə çatdı

Belçikalı qolkiper Kurtua “Real Madrid” klubuna transfer edilib. Trend-in məlumatına görə qapıçı sabah Madriddə tibbi baxışdan keçdikdən sonra “Santyaqo Bernabeu” stadionunda azarkeşlərə təqdim olunacaq.

26 yaşlı futbolçu “Real”la 6 illik müqavilə imzalayıb.

 

Xatırladaq ki, Kurtua “Çelsi” klubu ilə 4 mükafat əldə edib.