|
"Cütün favoriti yenə bizik" – Donald Gerye

“Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerye Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE-yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, haitili futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Bizim üçün çətin oyun oldu. Evdə oynadığımız üçün uduzmaq istəmirdik. Ancaq hələ cavab oyunu var. Ümid edirəm ki, səfərdə nələrisə dəyişib geridönüş edə bilərik. Bunun üçün daha çox çalışmalıyıq. İstənilən halda gələcəyə nikbin baxmalıyıq.

 

- BATE gözlədiyiniz kimi oynadı, yoxsa “Qarabağ”a sürpriz etdi?

- BATE səviyyəli komanda olduğunu bilirəm. “Qarabağ” isə mənim üçün ən yaxşı komandadır. Məğlub olsaq da, ruhdan düşməməliyik. Öz məqsədimizə doğru irəliləməli, yolumuza davam etməliyik.

- İkinci hissədə rəqibdən daha yaxşı oynadınız. Bu, baş məşqçinin tapşırığı idi?

- Yaxşı komanda olduğumuzu düşünürəm. Kollektiv şəkildə oynayanda yaxşı işlər görə bilirik. İkinci hissədə də bunu göstərdik. Bu oyunu səfərdə də sərgiləyə bilsək, vəziyyəti xeyirimizə dəyişə bilərik. Komandada hamı cavab matçında lazım olan nəticəni qazanacağımıza inanır. Yenə də favorit olduğumuzu və növbəti mərhələyə adlayacağımızı düşünürəm.

- BATE-də ucaboy futbolçular çoxdur. Siz isə yerlə oynamaq əvəzinə, daha çox hava ötürmələrinə üstünlük verirdiniz...

- Cərimə meydançasına həm yerlə, həm də hava ilə bir neçə dəfə ötürmə verdim. Futbol elə oyundur ki, nə zaman nə olacağını bilmirsən. Yerlə ötürmə zamanı top rəqibin ayağına, hava ötürməsi zamanı isə başına dəyib öz qapısına daxil ola bilər. Hər şey mümkündür. Qarşıda hələ cavab matçı var. Mərhələni keçə bilərik. Bunun yeganə yolu daha ciddi hazırlaşmaqdır. Niyə də olmasın?! Öz komandama, yoldaşlarıma inanıram