| Xəbər 1131 dəfə oxunub
Salvadorun sabiq prezidenti 300 milyon dolları mənimsədiyini boynuna alıb

Salvadorun keçmiş prezidenti Antonio Saka və iki sabiq naziri - Xulio Rank və Sesar Funes özlərini "pulların yuyulmasında" təqsirli biliblər.

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, onlar həmçinin 301 milyon dolları mənimsəmələrini boyunlarına alıblar.

 

Qeyd olunur ki, keçmiş prezident və digər təqsirləndirilənlər həbs müddətini azaltmaq üçün bu addımı atıblar. Saka umid edir ki, həbsxanada 30 deyil, 10 il keçirəcək. Bununla belə, prokurorluq Sakadan 25 milyon dolları dövlətə qaytarmağı tələb edib.

Antonio Saka 2004-2009-cu illər ərzində ölkənin prezidenti vəzifəsini tutub. O, 2016-cı ilin oktyabrında tutulub.