|
İki kişi müğənninin öpüşən fotosu səs-küy yaratdı

Müğənni Vlad Topalov sosial şəbəkədə dostu və həmkarı Sergey Lazarevlə qalmaqallı fotosunu yayımlayıb. 
Tədbirlərin birində lentə alınan şəkli yayımladığı üçün Topalov Lazarevdən əvvəlcədən üzr istəyib. 

Şəkildə Vladın sergeyi öpməsi əks olunub. Müğənni Lazarevi çox istədiyini və onu yaxşı ata hesab etdiyini vurğulayıb. 

"Bilirəm ki, bu fotoya görə əsəbiləşəcəksən. Amma burada dostluğumuzu izah edə biləcəyim emosiyalarım var" deyə, Topalov paylaşımına qeyd edib.

Sosial şəbəkə istifadəçiləri onların şəklinə biganə qalmayıblar. Müğənnilərin öpüşən fotosu müzakirələrə səbəb olub.