|
Yaponiyada "Alitalia"nın təyyarəsi təcili eniş edib

İtaliyanın "Alitalia" aviaşirkətinə məxsus təyyarə Yaponiyanın Titose hava limanında təcili eniş edib.

Trend-in məlumatına görə, təcili enişə təyyarənin mühərrikindəki nasazlıq səbəb olub. İnsident nəticəsində xəsarət alan olmayıb.

 

Təyyarə Roma-Tokio reysini həyata keçirirmiş.