|
Yıldızın son halı görənləri heyrətləndirdi

Bir zamanların sevilən aktrisası olan Yıldız Asyalı istirahətə yollanıb.

Bodruma üz tutan aktrisanın son halı hər kəsi təəccübləndirib. Belə ki, 37 yaşlı Yıldızın həddən artıq arıqlaması diqqətdən qaçmayıb. Asyalının fotoları sosial şəbəkədə yayılıb. İzləyicilər onun belə dəyişməsinin şəxsi həyatında baş verənlərlə əlaqəli olduğunu bildirib. 


Qeyd edək ki, aktrisa bu ilin yanvar ayında boşanıb və bir övladı var.