| Xəbər 4765 dəfə oxunub
Azərbaycan tankçıları “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinalına çıxıblar

Azərbaycan tankçıları “Tank biatlonu-2018” müsabiqəsində yarımfinala çıxıblar.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, “Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində keçirilən “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatması keçirilib.

Püşkatmanın nəticələrinə görə Azərbaycan tankçıları yarımfinalda Çin, İran və Qırğızıstan tankçıları ilə yarışacaqlar.