|
Rauf Hacıyevin mahnılarından ibarət konsert təşkil olunacaq

Oktyabrın 4-də Heydər Əliyev Sarayında SSRİ Xalq Artisti, görkəmli bəstəkar Rauf Hacıyevin mahnılarından ibarət konsert keçiriləcək.

Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə Xalq artistləri Brilliant Dadaşova, Mübariz Tağıyev, Azər Zeynalov, Ənvər Sadıqov, Əməkdar artistlər İlqar Muradov, Anar Şuşalı, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Teymur Əmrah, Abbas Bağırov, Lalə Məmmədova, tanınmış müğənnilər Nadir Qafarzadə, Eldar Qasımov, Emiliya Yaqubova, Taleh Yəhyayev, Zamiq Hüseynov, Fuad Musayev, “Qaya” qrupu və başqaları iştirak edəcəklər. Konsertdə bəstəkarın musiqisevərlər və ifaçılar arasında populyarlıq qazanan “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft daşlarında”, “Ceyran” və digər mahnıları səsləndiriləcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərini şəhərin mərkəzi kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.