|
Kanadada hidrotəyyarə gölə düşüb: 1 ölü, 1 itkin

Kanadada hidrotəyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə itkin düşüb.

Trend-in CBC telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə ölkənin Britaniya Kolumbiyası vilayətində baş verib.

 

Qeyd olunur ki, təyyarə Tayoton gölünə düşüb. Təyyarənin göyərtəsində 3 nəfər olub: pilot və 2 sərnişin. Xilasedicilər ölənlərdən birinin cəsədini tapıb, lakin ikinci sərnişin itkin düşüb. 20 yaşlı pilot isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.