|
Goranboyda baş verən güllələnmənin təfərrüatı məlum olub

Goranboy rayonunda baş verən güllələnmə hadisəsinin təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun verdiyi məlmata görə, rayonun Hazırəhmədli kənd sakini, 1983-cüil təvəllüdlü Emil İlqar oğlu Rəfiyev odlu silahdan açılan atəş nəticəsində qarın nahiyəsindən güllə yarası alıb. Xəstəxanaya yerləşdiriləndən yaralının vəziyyəti hazırda orta-ağır olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Qərb Regional mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Belə ki, E.Rəfiyev özünə məxsus qarğıdalı sahəsində olan itləri qovmaq üçün tüfəngdən atəş açıb. Bu zaman ehtiyatsızlıqdan açılan güllə onun özünə dəyib.

Faktla bağlı araşdırma davam etdirilir.