| Xəbər 1105 dəfə oxunub
Görmə qabiliyyətini artıran yeni metod hazırlandı

Britaniyalı alimlər görmə qabiliyyətini artıran yeni metod hazırlayıblar. Belə ki, tədqiqatçılar sarıkök piqmentinin (zərdəçal bitkisinin köklərindən əldə edilən sarı-narıncı rəngli maddə) qlaukomanın ilkin mərhələsinin səmərəli müalicəsində zəruri olacağını ehtimal edirlər.

Trend-in məlumatına görə, alimlər göz torunun neyronlarını zədələrdən qoruyan sarıkökün əldə olunmasının yeni metodunu işləyiblər. Bunun üçün tədqiqatçılar göz damcılarında istifadə olunan surfaktanın tərkibində sarıkök piqmenti olan "nano-daşıyıcı" hazırlayıblar.

 

Yeni metod sarıkökün ərimə qabiliyyətini 400 min dəfə artırır, piqmentin özü isə göz toxumalarında lokallaşır və torlu qişanın degenerasiyasının sürətinin azalmasına səbəb olur.