|
Həsənağa Sadıqovla bağlı xəbər

Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun vəfatı ilə bağlı öz "Instagram" səhifəsində məlumat yayan aparıcı Hacı Nuran Hüseynov yeni xəbər yayıb. Trend-in məlumatına görə, aparıcı səhifəsində xəbəri yeniliyərək sənətkarın sağ olmasını qeyd edib.

X X X

Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov vəfat edib.

Trend-in məlumatına görə, bu barədə aparıcı Hacı Nuran Hüseynov öz "Instagram" səhifəsində məlumat yayıb.

Qeyd edək ki, 67 yaşlı sənətkar uzun müddət idi ki, yataqda müalicə olunurdu.

O, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb.

1988-ci ildə H.Sadıqova Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilib.