|
Kubada denge və Zika virusu ilə yoluxma halları qeydə alınıb

Kubanın bir neçə əyalətində denge xəstəliyi və Zika virusu ilə yoluxma halları qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Kubanın Səhiyyə Nazirliyi xəbər verib.

Bu xəstəliklərə yoluxanların sayı barədə dəqiq məlumat yoxdur.

 

Qeyd olunur ki, 2017-ci ildə denge xəstəliyinə yoluxma halları əvvəlki illərə nisbətən 68 faiz azalmışdı.

Bununla belə, ölkənin iki əyalətində bu xəstəlik aşkar edilib. Son bir neçə həftə ərzində azı 10 nəfərin dengedən həyatını itirdiyi bildirilib.