|
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müharibə əlillərinə və şəhid ailələrinə mənzillər və avtomobillərin verilməsi mərasimində iştirak ediblər

Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.