| Xəbər 2137 dəfə oxunub
Yuxusuzluq ölkələrə milyardlarla dollar ziyan verir

Yuxusuzluq bir cəmiyyətin böyük qisminə təsir edən və ciddi sağlamlıq problemlərinə səbəb olan müasir dövr xəstəliklərindən biridir. Musavat.com xəbər verir ki, aparılan araşdırmalara görə, yuxusuzluğun maliyyəsi də olduqca yüksəkdir.

Dünya miqyasında hər üç insandan biri yuxusuzluqdan qaynaqlanan sağlamlıq problemləri ilə mücadilə edir. Aparılan araşdırmalar yuxusuzluğun cəmiyyət içində gedərək artan bir sağlamlıq problemi halına gəldiyini ortaya qoyub. 
İllər öncə keçirilən bir sorğuya qatılanların 20-30 faizi gündəlik 7 saatlıq yuxu payını ala bilmədiyini deyib. Bu say günümüzdə Amerika üçün 35, İngiltərə üçün 37, Sinqapur üçün 28, Fransa üçün 26 faizə qədər yüksəlib.

Yuxusuzluğun gətirdiyi sağlamlıq problemləri

Yetərsiz yuxu gündəlik həyatda diqqətsizlik, fokuslanma, motivasiya əskikliyi, problem həll etmədə yetərsizlik, zehin qarışıqlığı, əsəbilik, yaddaş itkisi, ünsiyyət problemləri, gec reaksiya vermə, yavaşlamış və ya yanlış dəyərləndirmə və empati itkisinə səbəb olur. Uzun müddət sonra isə infarkt, iflic, hiper təzyiq, obezite, diabet və depressiya riskini artırır.

Maddi itkiləri də yüksəkdir

Araşdırmaçılar Avstraliya miqyasında apardıqlar araşdırma zamanı yetərsiz yuxunun hansı maliyyə problemlərinə səbəb olacağını da açıqlayıblar. Bu zaman səhiyyə xidmətləri, iş potensialının aşağı düşməsindən qaynaqlanan maddi itkilər, yuxusuzluğun səbəb olduğu yol qəzalarının xərci, itirilən vergi gəliri kimi bəzi məqamlar xüsusi yer tutub. 
Yuxusuzluğun Avstraliyada maddi itkisi 17.88 milyard dollardır. Bu məbləğ aşağıdakı qaydada bölünüb: Birbaşa səhiyyə xidmətləri üçün 160 milyon dollar, yuxusuzluqla bağlı xəstəliklərin xərcləri 1.08 milyard dollar, azalan iş potensialı 5.22 milyard dollar, erkən ölümlər 0.61 milyard dollar, işə gələ bilməmə 1.73 milyard dollar, işdə fayda vermədən çalışma 4.63 milyard dollar, qəzalar 2.48 milyard dollar, qeyri-rəsmi qulluq xərcləri 0.41 milyard dollar və ümimi cəmiyyətə verilən ziyan 1.56 milyard dollar. Maddi yönləri olmayan xərclər isə 27.33 milyard dollar olaraq hesablanıb. Bununla da yuxusuzluğun Avstraliyaya ümumi maddi zərbəsi 45.21 milyard dollar məbləğində hesablanıb.

Cəmiyyətdə geniş yayılan və yüksək maliyyə gətirən şəkər, depressiya və siqaret kimi cəmiyyət xəstəlikləri ilə mübarizədə müəyyən uğurlar əldə edilib. Araşdırmaçılar gələcək illərdə artış göstərəcək yuxu probleminə də dövlətlər tərəfindən eyni münasibətin göstərilməsini və yuxusuzluq problemi ilə geniş miqyaslı mübarizənin vacibliyini vurğulayıblar.

musavat.com