|
Böyük Britaniya Əfqanıstana yardım ayıracaq - 10 milyon funt sterlinq

Böyük Britaniya Əfqanıstana 10 milyon funt sterlinq dəyərində maliyyə yardımı ayıracaq.

Trend-in məlumatına görə, həmin məbləğ ərzaq probleminin həllinə yönəldiləcək.

 

Qeyd olunur ki, bir müddət əvvəl Əfqanıstan prezidenti Əşrəf Qəni ölkədə qeydə alınan quraqlıq və nəticədə yaranmış taxıl qıtlığı ilə əlaqədar dünya ictimaiyyətini Əfqanıstana humanitar yardım göstərməyə çağırmışdı.

Əfqanıstanda davam edən quraqlığın 1,4 milyon insanı təhlükə altında qoya biləcəyi proqnozlaşdırılır.